Belarus bu gün nüvə neytrallığını itirə bilər... - Regionda yeni təhlükə
Fevralın 27-də Belarusda bu ölkənin Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilir.
Dəyişikliklər prezidentin rolunu azaldacaq və səlahiyyətlərini məhdudlaşdıracaq. Bununla yanaşı keçmiş dövlət başçısına toxunulmazlıq veriləcək.
Belarusun hazırda Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna ilə sərhəddə yerləşməsi bir çox dünya ölkələrini bu dəyişiklik üzərində düşünməyə vadar edir. Bu barədə ABŞ-ın məşhur Foreign policy nəşri yazır.
Nəşr qeyd edir ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri dəfələrlə jurnalistlərə bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər Rusiyaya öz qoşunlarını, o cümlədən nüvə qüvvələrini Belarusda yerləşdirməyə imkan verə bilər.
Belarusda 5,5 mindən çox seçki məntəqəsi yaradılıb. Seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.
Referenduma bir sual çıxarılıb - "Siz Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”. Buna seçicilər "lehinə" və yaxud "əleyhinə" deyə cavab verməlidir.
www.anews.az

Qərbi ən çox narahat edən məsələ isə Belarusun ana yasasının 18-ci bəndinə edilən dəyişiklikdir. Həmin dəyişikliyə görə, Belarus nüvə neytrallığını itirəcək və bundan sonra ölkə ərazisində istənilən dövlətin nüvə silahlarını yerləşdirilə biləcək.
Belə ki, Belarus Respublikası Konstitusiyasının 18-ci maddəsində indi deyilir: "Belarusun məqsədi öz ərazisini nüvəsiz zona, dövləti isə neytral etməkdir".
Referendum bu normanın belə əvəzlənməsini təklif edilir: "Belarus öz ərazisindən başqa dövlətlərə qarşı hərbi təcavüz məqsədilə istifadəni istisna edir”.
Belarusun hazırda Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna ilə sərhəddə yerləşməsi bir çox dünya ölkələrini bu dəyişiklik üzərində düşünməyə vadar edir. Bu barədə ABŞ-ın məşhur Foreign policy nəşri yazır.
Nəşr qeyd edir ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri dəfələrlə jurnalistlərə bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər Rusiyaya öz qoşunlarını, o cümlədən nüvə qüvvələrini Belarusda yerləşdirməyə imkan verə bilər.
Belarusda 5,5 mindən çox seçki məntəqəsi yaradılıb. Seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.
Referenduma bir sual çıxarılıb - "Siz Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”. Buna seçicilər "lehinə" və yaxud "əleyhinə" deyə cavab verməlidir.
Belarus prezidenti Aleksandr Lukaşenko Konstitusiyasına dəyişiklikləri hələ 2020-ci ildə ölkədə seçkilərlə bağlı etirazlar başlamamışdan əvvəl təklif etmişdi.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər