Danışıqların uğurlu olacağına inanmıram, amma qoy cəhd etsinlər - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski son video müraciətində Rusiya ilə danışıqların uğurlu olmayacağını, amma bununla belə buna cəhd etməyin əleyhinə olmadığını bildirib.
Zelenski Belarus haqqında bildirib:
"Mən Aleksandr Lukaşenko ilə telefonla danışmışam Onunla iki il idi ki, danışmırdıq, bu gün isə onunla uzun və çox konkret söhbətimiz olub. Mən ona toqquşmağımızın mümkünsüzlüyünü ətraflı izah etdim. Mən bildirdim ki, Belarusdan Ukraynaya raket, təyyarə, vertolyotların uçmasını istəməzdim. Rus qoşunlarının da Belarusdan Ukraynaya keçməsi ürəyimcə deyil və o, bunun bir daha baş verməyəcəyində məni etdi”.
Zelenski danışıqlar haqqında bildirib:
"Aleksandr Lukaşenko məndən xahiş etdi ki, Ukrayna və Rusiya nümayəndə heyətləri Pripyat çayı sahilində görüşsünlər. Mən vurğulayıram: heç bir şərt olmadan. Açığını deyəcəyəm. Həmişəki kimi, bu görüşün müsbət nəticə verəcəyinə inanmıram, amma icazə verirəm. Cəhd edin. Hər bir Ukrayna vətəndaşı bilsin ki, mən bir prezident kimi müharibəni dayandırmaq üçün ən kiçik imkandan belə istifadə etmişəm. Bizim əsgərlər orada olanda prezident buradadır, idarə rəisi buradadır, baş nazir buradadır, ordu buradadır. Baş komandan buradadır. Biz hamımız dövlətimizi, sərhədlərimizi qoruyacağıq”.
Zelenski hərbiçilər haqqında bildirib:
"Əllərində silah tutan hərbçilərimizə ayda yüz min qrivna ödəyəcəyik ki, ölkənin onlara nə qədər minnətdar olduğunu dəqiq bilsinlər. Müharibə bitənə qədər də belə olacaq".
Sonda Zelenski bildirib - "dünən "Mriya"mızı (arzularımızı) itirdik. Amma köhnə Mriyanı. İndi isə yenisini tikirik".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər