• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Ukrayna-Rusiya danışıqları üçün hər şey hazırdır - Belarus XİN

Ukrayna-Rusiya danışıqları üçün hər şey hazırdır - Belarus XİN
28.02.2022 10:06
Ukrayna-Rusiya danışıqları üçün hər şey hazırdır, bu barədə Belarus XİN məlumat yayıb. 
 
Bu danışıqlar Pripyat çayı sahilindən keçən Belarus-Ukrayna sərhədində  dünən keçirilməli idi. Amma qəfil onların baş tutmaması xəbəri gəldi. Tərəflər səbəbini açıqlamadılar. 

Ukrayna prezidenti Vladimir Zelenski danışıqların bu başdan uöurlu olmayacağına əminliyini bildirib. 

"Aleksandr Lukaşenko məndən xahiş etdi ki,  Ukrayna və Rusiya nümayəndə heyətləri Pripyat çayı sahilində görüşsünlər. Mən vurğulayıram: heç bir şərt olmadan. Açığını deyəcəyəm. Həmişəki kimi, bu görüşün müsbət nəticə verəcəyinə  inanmıram, amma icazə verirəm. Cəhd edin. Hər bir Ukrayna vətəndaşı bilsin ki, mən bir prezident kimi müharibəni dayandırmaq üçün ən kiçik imkandan belə istifadə etmişəm. Bizim əsgərlər orada olanda prezident buradadır, idarə rəisi buradadır, baş nazir buradadır, ordu buradadır. Baş komandan buradadır. Biz hamımız dövlətimizi, sərhədlərimizi qoruyacağıq”,  -  o deyib. 

Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.

O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.

Rusiya nümayəndə heyətinə isə prezidentin köməkçisi və sabiq mədəniyyət naziri Vladimir Medinski rəhbərlik edəcək. 

Gülnar Baxşıyeva 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol