Ermənistanın yeni prezidenti məlum olub
Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan seçilib, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
www.anews.az
Hakim "Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri olan Vaaqn Xaçartyan 71 səslə Prezident seçilib.
Bu gün, martın 3-də Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilib və Prezidentin təyin olunması barədə qərar da burada açıqlanıb.
O, Ermənistan tarixinin 5-ci Prezidentidir.
1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərdə səslərin 82.00 faizini toplayan Levon Ter-Petrosyan, Ermənistanın birinci Prezidenti seçildi. 1998-ci ilin 30 martında martın 30-da seçimlərin II turu baş tutdu və səslərin 58.90 faizini toplayan Robert Koçaryan, Ermənistanın 2-ci Prezidenti seçildi. 2008-ci ildə Serj Sarkisyan 52.82 faiz səs topladı və beş il müddətinə Ermənistan Prezidenti seçildi. 2008-ci ildə isə Armen Sarksiyan Prezident seçildi.
2022-ci ilin 23 yanvarında Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edib.
Yeni seçilən Prezident Xaçatryan 1990-cı illərin əvvəllərində İrəvanın meri və parlamentin deputatı olub. O,2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər