• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
03.03.2022 14:35
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb.


Belə ki, Əlaqələndirmə Qərargahının üzvlərinin siyahısına Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov əlavə edilib.


Bundan əlavə, "Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri "Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri", səhiyyə naziri "Oqtay Şirəliyev” sözləri "Teymur Musayev” sözləri, "Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri "Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol