Putin Təhlükəsizlik Şurasının iclasında bunları dedi- SON ÇIXIŞ
Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparmasından 8 gün keçir.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü keçirib. O görüşdə müharibənin son vəziyyəti ilə bağlı bunları deyib:
-Əsgərlərimiz öz işlərinin düzgünlüyünü tam dərk edərək xüsusi əməliyyat zamanı hərəkətə keçirlər,hətta yaralansalar da döyüşə davam edirlər.
-Ruslar və ukraynanlılar bir xalqdır,mən bundan heç vaxt imtina edə bilmərəm.
-Ukraynada döyüş zamanı həlak olan hərbçilərin ailə üzvlərinə 7 milyon rubl pul ödəniləcək.
-Ukraynadakı xüsusi əməliyyat plan üzrə gedir.
-Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qarşıya qoyulan bütün vəzifələr uğurla həll olunur.
-Ukraynada yaralanan hərbçilərə 3 milyon rubl ödəniləcək.
Putin Ukraynada həlak olan Nurməhəmməd Hacımaqomedova ölümündən sonra Rusiya qəhrəmanı adının verilməsini və bununla bağlı fərman imzaladığını bəyan edib.
Gülnar Nazimqızı
www.anews.az