Ukraynaya döyüşməyə gedən Çexiya vətəndaşları həbs olunacaq? - RƏSMİ AÇIQLAMA
Çexiya konstitusiyasına görə, başqa ölkənin ordusunda xidmət edən Çexiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir.
Lakin Ukrayna ordusuna dəstək verməyə gedən Çexiya vətəndaşları bu cəzadan azad ediləcək, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib.
"Biz Ukrayna ilə Rusiya arasındakı müharibəni , bu dövrdə Çexiyanın xarici siyasətdəki mövqeyini müzakirə etmək, həmçinin bu çətin günlərdə Çexiya siyasətində birlik və həmrəylik nümayiş etdirmək üçün prezidentlə görüşdük. Konstitusiyaya görə, başqa ölkənin ordusunda xidmət edən Çexiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir. Prezidentlə görüşdə tövsiyə etdim ki, bu cümlə müstəsna hal kimi Ukrayna-Rusiya müharibəsi üçün tətbiq edilməməlidir. Prezident Zeman razılaşdı. Odur ki, əmanət verə bilərəm ki, Ukraynada ruslarla döyüşdüyünə görə heç bir çex cəzalandırılmayacaq. Prezident Zeman Ukraynadakı döyüşlərdə könüllülərin iştirakını dəstəkləyir və istisnaların olacağına söz verir", - baş nazir iclasın sonunda jurnalistlərə bildirib.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibənin başlamasından bir gün sonra - fevralın 25-də Çexiya hökuməti Ukraynaya humanitar yardım üçün 300 milyon kron (təxminən 14 milyon ABŞ dolları) ayırıb. Çexiyanın Baş naziri Petr Fiala keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna qan ehtiyatı və yanacaqla da təmin olunacaq. Çexiya Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəkləyir. Həmçinin, sözügedən ölkə Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər