"Putini rus xalqı öldürməlidir" - ABŞ senatorundan ÇAĞIRIŞ
Vladimir Putinin öz xalqı tərəfindən öldürülməlidir, bu barədə ABŞ-ın Respublikaçılar partiyasından olan senator Lindsey Graham öz Twitter hesabında paylaşım edib.
ABŞ-da yerləşən Fox News-da bir proqrama qatılan Graham iddiasını əvvəlcə burada dilə gətirib, daha sonra sosial media hesabına bu barədə paylaşım edib.
Rusiya prezidenti Vladimir Putin 24 fevralda televiziya ilə çıxışında müharibə elan etdikdən sonra Ukraynanın paytaxtında və ölkənin başqa yerlərində partlayış və atışma səsləri eşidilib. Həmin tarixdən davam edən müharibədə bir çox dövlət, təşkilatlar Ukrayanaya dəstəyini nümayiş etdirib. Rusiyaya Ukraynaya hücum etdiyi üçün sanksiya tətbiq edən ölkələr də var. Lakin həmin dövlətlər ilə yanaşı müharibəyə bitərəf qalan, eləcə də Rusiyanı dəstəkləyənlər də var.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər