Zelenskini üç dəfə öldürməyə cəhd ediblər
Bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskini üç dəfə qətlə yetirməyə cəhd ediblər, bu barədə martın 3-də Böyük Britaniyanın "The Times" nəşri məlumat verib.
İddiaya görə, Ukrayna xüsusi xidmət orqanları planı ifşa edə və sui-qəsdin qarşısını ala biliblər.
Bildirilir ki, iki fərqli qruplaşma - "Vaqner" qruplaşması və çeçen xüsusi təyinatlıları bu barədə əmr alaraq fəaliyyətə keçiblər. Amma Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin müharibə əleyhinə olan əməkdaşlarının Ukrayna tərəfini məlumatlandırması sayəsində hər 3 cəhdin qarşısı alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər