Avropada yoda tələbat artıb, Azərbaycanda hələlik sakitlikdir
Avropada radiasiyaya qarşı dərman preparatlarına tələbat artıb.
Avropa ölkələri xüsusilə Şərqi Avropada Rusiya Silahlı Qüvvələrinin əvvəlcə Ukraynada Çernobil Atom Elektrik Stansiyasını, daha sonra Avropanın ən iri atom elektrik stansiyası sayılan Zaporojye AES-i ələ keçirməsi əhali arasında qorxu yaradıb. Rusiya prezidenti Vladimir Putinin nüvə arsenalını xüsusi rejimə keçirmək bəyanatından sonra isə insanlar nüvə müharibəsinin mümkünlüyünə daha çox inanmağa başlayıblar.
Reuters agentliyinin verdiyi məlumata görə, Çexiya, Bolqarıstan və Polşada əhali kütləvi şəkildə apteklərdən kaliy yodid və tərkibində çoxlu miqdarda yod olan preparatları almağa başlayıb. Buna səbəb isə həmin dərmanların radiasiyaya yoluxma halında profilaktik məqsədlər üçün geniş istifadəsinin tövsiyyə olunmasıdır.
Yod-131 nüvə yanacağının çürüməsi zamanı ayrılan ən təhlükəli izotopdur. Çünki o, qalxanvari vəzidə toplanmaq xüsusiyyətinə malikdir. Bunun baş verməməsi üçün radiasiya itkisi olan ərazidə yaşayan adamlara böyük həcmdə stabil yod-127 izotopuna malik yod qəbul etmək tövsiyyə olunur.
Son bir həftədə Bolqarıstanda satılan yodun həcmi adətən bir ildə əhali tərəfndən istehlak edilən həcmə bərabərdir. Polşada da yod satışı son həftə ərzində iki dəfə artıb.
Belçika əhalisinə kaliy yodid pulsuz verilir. Yerli KİV-in verdiyi məlumata görə, təkcə bu həftənin birinci günü əhaliyə 30 paçka bu preparatdan paylanıb.
Yoda tələbatın artması Fransada da müşahidə olunur.
Azərbaycanda duru yod istehsalı təşkil olunsa da tablet halında yod ölkəyə ancaq idxal edilir. Bu barədə məlumat verən əczaçı Ekspert Müşfiq Hüseynovun sölərinə görə, kaliy yodid insann qalxanvari vəzisini radiasiyadan müdafiə edən ən yaxşı profilaktik dərmandır. Böyüklər yüksək radiasiya fonu şəraitində 0,125 qram, uşaqlar isə göstərilən dozanın yarısı qədər bu preparatdan 10-14 gün içə bilərlər.
O ki qaldı ümumiyyətlə radiasiyadan qorunmağa Müşfiq Hüseynov bildirdi ki, dünyada nüvə müharibəsi qorxusunun yarandığı bir şəraitdə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bu mövzuda hər hansı maarifləndirici reklam çarxları yayacağını gözləyirdi. Amma bu baş verməyib.
"Əgər nüvə bombasının partlaması və ya atom elektrik stansiyasında qəza nəticəsində ətrafa radiasiya yayılarsa ilk olaraq insanlar evlərində qapanmalı, pəncərələri kip bağlamalı və heç yerə çıxmamalıdılar. Ancaq bu hadisə baş verənə qədər alınan su və qidadan istifadə etmək olar. Bayıra ancaq xüsusi geyim, əlehqaz və hava balonları ilə çıxmaq olar. Əks halda radiasiya sizi yandıracaq. Belə vəziyyətdə də maksimum 10 gün qalmaq olar. Sonra əhali mütləq evakuasiya olunmalıdır", - Hüseynov bildirdi.

Müşfiq Hüseynov dünya nüvə müharibəsi ilə üzləşsə və hava axını radiasiyanı Azərbaycana gətirsə ölkədə yetərincə tablet halında olan yodid kalinin olmasına inanmır. O, belə hallarla üzləşən insanlara adi yodu suya damızdırıb qəbul etməyi tövsiyyə edir.
N.Təbrizli
www.anews.az

Bakının bir neçə aptekinə də baş çəkdik. Burada da bildirdilər ki, kaliy yodid tablet halında ölkədə istehsal olunmur və apteklərdə yodamarin adı altında satılır. Bu dərmanlıq 100 milliqramlıq 100 ədəd tableti 3.68 manata, 200 milliqramlıq 100 tableti 6.70 manata satılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər