Ukraynanın atom stansiyalarını "kadırovçular" idarə edir
Martın 5-6-da Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçiriləcək. Bunu Rusiya ilə aparılan danışıqların ikinci raundunun nəticələri barədə Ukraynanı danışıqlarda təmsil edən nümayəndə heyətinin üzvləri bu gün keçirdikləri mətbuat konfransında bildirib.
Üçüncü raundun keçiriləcəyini Rusiya prezidenti Vladimir Putin də Almaniya kansleri ilə telefon söhbətində təsdiq edib.
Ukrayna przidentinin ofisinin rəhbəri Mixail Podolyak və Ali Radada "Sluqa naroda" fraksiyasının rəhbəri David Araxamiyanın dediklərini tezis şəklində diqqətinizə təqdim edirik:
- Ukraynada humanitar fəlakət baş verir.
- Rusiya hakimiyyəti kraynanı lazımınca dəyərləndirməyib və düşünürdülər ki onu 3 günə ələ keçirə biləcəklər. Qərb ölkələri də elə düşünürdü.
- Bunun əvəzində onlar Ukraynada uzun föyüşlərin şahidi oldular.
-Sanksiyalar Rusiya iqtisadiyyatını artıq məhv edib və bu Moskvada "problemin hər hansı həllinə çalışmaq" istəyi oyadıb.
- Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş atom elektrik stansiyalarını "kadırovçular" idarəetməyə götürüb.
- Ukrayna siyasətçiləri iddia edir ki, bu çeçen birləşmələri artıq bu stansiyaların bir neçə işçisini qətlə yetirib.
- Rusiyanın danışıqlarda mövqeyi sərtdir, amma Ukraynanın da mövqeyi sərtdir. Odur ki, danışıqlar ağır gedəcək, amma sürəcəkdir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər