NATO bu gün Ukraynanı məyus etdi - TƏHLİL
NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçirilən görüşündən Ukrayna istədiyi nəticəni almadı. Belə ki, NATO baş katibi Yens Stoltenberq hərbi alyansın açıq şəkildə rəsmi Kiyevin Ukrayna səmasının uçuşlara bağlı zona elan edilməsi istəyini rədd etdiyini bildirdi.
"Ukrayna üzərində uçuşlara bağlı zonanın yaradılması Avropada daha çox ölkənin cəlb olunacağı genişmiqyaslı müharibəyə səbəb ola bilər. Biz Ukraynanın məyus olacağını bilirik. Amma biz onun bu istəyini yerinə yetirə bilmərik", - Stoltenberq bildirib.
Ukraynanın hava məkanının uçuşlara bağlı zona elan edilməsini NATO-dan Ukrayna prezidenti Vladimir Zelenski istəmişdi. "Əgər indi bağlı zona elan edə bilmirsinizsə onda deyin bunu nə vaxt edə bilərsiz? Deyin görək nə qədər adam ölməlidir, neçə adam qolsuz, ayaqsız, başsız qalmalıdır ki, burada baş verənlər sizlərə çatsın?", - Zelenski cümə axşamı bildirib.
NATO son toplantısında ancaq Rusiyanı Ukraynaya qarşı kasset bombaları işlətməkdə suçlamaqla kifayətləndi.
"Biz Rusiyanın Ukraynada kasset bombalarından və başqa beynəlxalq hüquq tərəfindən işlədilməsi yasaq edilmiş silahdan istifadə etdiyini gördük", - Stoltenberq deyib.
Rusiyanın istehsalı olan kasset bombaları İkinci Qarabağ savaşı vaxtı Ermənistan tərəfindən Azərbaycana da atılıb. Tərtər və Bərdədə belə bombalardan tez-tez istifadə edilib. . Hətta Bərdədə bu silah növündən düşmənin istifadə etdiyi Beynəlxlaq Human Rights Watch təşkilatının hesabatında da qeyd edilib.
Kasset bombaları bir mərmi şəklində hədəfə atılır, göydə mərmi parçalanır və içindən onlarla , bəzən isə yüzlərlə kiçik bombalar tökülür. Adətən bu bombalardan mülki əhalini öldürmək və ya şikəst etmək məqsədilə istifadə olunur.
Kasset bombalarından istifadə 2010-cü il avqustun 1-dən Beynəlxalq Konvensiya tərəfindən yasaq edilib. Rusiya, Ukrayna, ABŞ, Çin və başqa ölkələr bu sənədi imzalayıb.
Beynəlxalq məsələlər üzrə şərhçi Rauf Mirqədirov Qərb ölkələri və ABŞ-ın Ukraynaya təcavüzə görə Rusiyaya ciddi sanksiyalar qoymasını yüksək dəyərləndirsə də hərbi yardımda müəyyən qədər zəiflik göstərdiyini etiraf edib.
"Eyni zamanda, NATO Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasından qorunması üçün də ən qısa zamanda addımlar atmalıdır. Bu istiqamətdə də Ukrayna hələ ki, zəif görünür. Bu boşluq mütləq doldurulmalıdır. Ümid edirəm ki, Qərbin son günlər sərgilədiyi qətiyyət və birlik sarsılmayacaq və demokratik dünya öz dəyərlərini sonadək müdafiə etməyi bacaracaqdır", - sabiq millət vəkili vurğulayıb.
www.anews.az
"Ukrayna üzərində uçuşlara bağlı zonanın yaradılması Avropada daha çox ölkənin cəlb olunacağı genişmiqyaslı müharibəyə səbəb ola bilər. Biz Ukraynanın məyus olacağını bilirik. Amma biz onun bu istəyini yerinə yetirə bilmərik", - Stoltenberq bildirib.
Ukraynanın hava məkanının uçuşlara bağlı zona elan edilməsini NATO-dan Ukrayna prezidenti Vladimir Zelenski istəmişdi. "Əgər indi bağlı zona elan edə bilmirsinizsə onda deyin bunu nə vaxt edə bilərsiz? Deyin görək nə qədər adam ölməlidir, neçə adam qolsuz, ayaqsız, başsız qalmalıdır ki, burada baş verənlər sizlərə çatsın?", - Zelenski cümə axşamı bildirib.
NATO son toplantısında ancaq Rusiyanı Ukraynaya qarşı kasset bombaları işlətməkdə suçlamaqla kifayətləndi.
"Biz Rusiyanın Ukraynada kasset bombalarından və başqa beynəlxalq hüquq tərəfindən işlədilməsi yasaq edilmiş silahdan istifadə etdiyini gördük", - Stoltenberq deyib.
Rusiyanın istehsalı olan kasset bombaları İkinci Qarabağ savaşı vaxtı Ermənistan tərəfindən Azərbaycana da atılıb. Tərtər və Bərdədə belə bombalardan tez-tez istifadə edilib. . Hətta Bərdədə bu silah növündən düşmənin istifadə etdiyi Beynəlxlaq Human Rights Watch təşkilatının hesabatında da qeyd edilib.
Kasset bombaları bir mərmi şəklində hədəfə atılır, göydə mərmi parçalanır və içindən onlarla , bəzən isə yüzlərlə kiçik bombalar tökülür. Adətən bu bombalardan mülki əhalini öldürmək və ya şikəst etmək məqsədilə istifadə olunur.
Kasset bombalarından istifadə 2010-cü il avqustun 1-dən Beynəlxalq Konvensiya tərəfindən yasaq edilib. Rusiya, Ukrayna, ABŞ, Çin və başqa ölkələr bu sənədi imzalayıb.
Beynəlxalq məsələlər üzrə şərhçi Rauf Mirqədirov Qərb ölkələri və ABŞ-ın Ukraynaya təcavüzə görə Rusiyaya ciddi sanksiyalar qoymasını yüksək dəyərləndirsə də hərbi yardımda müəyyən qədər zəiflik göstərdiyini etiraf edib.
"Qərbin hərbi baxımdan münaqişəyə qarışacağına bir o qədər də ümidim yoxdur. Çünki qərb dövlətləri təəəsüf ki, münaqişəyə qatılmanın daha böyük müharibəyə gətirib çıxaracağından qorxurlar. Rusiya isə bundan şantaj vasitəsi kimi istifadə edir", - politoloq bildirir.
Mirqədirovun fikrincə, Qərb yanılır. Putini ancaq böyük müharibə təhülükəsi saxlaya bilər. "Putin ağlını nə qədər itirsə də dünyanı nüvə burulğanına atmaq qədər ağılsız deyil və başa düşür ki, nüvə müharibəsi olarsa Qərblə birlikdə, özü də, Rusiya da məhv olacaq. Bu şantajı ona görə edir ki, Qərb ölkələri ona qələbə qazanmaq görüntüsünü yaratmaq şansı versin. Ukrayna bu qarşıdurmada öz hərbi qüvvələrinə arxalanmalıdır. Putin də bu faktoru əsas götürüb son ana qədər münaqişəni davam edəcək. Putinə qələbə lazımdır. Çünki imperiya təfəkkürlü ruslar ona hər şeyi bağışlayar , ancaq məğlubiyyəti yox. Məğlubiyyət Putin üçün özünüməhvə getmək deməkdir", - ekspert bildirdi.
Azərbaycanı Avropa Şurasında təmsil etmiş sabiq millət vəkili Gültəkin Hacıbəyli isə deyir ki, NATO-nun bu gün keçirilən toplantısından ən böyük gözləntisi ən qısa zamanda Ukraynaya yardım edilməsidir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər