ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırıb
ABŞ-ın "CBS News” və "ABC News” telekanalları Rusiyadan yayımını dayandırıb.
www.anews.az
Bu barədə teleşirkətlərin nümayəndələri bildirib.
"CBS News” hazırda Rusiyadan xəbər yayımı etmir. Biz hadisələri KİV üçün yeni qanunlar əsasında izləyirik”, - CBS açıqlamasında qeyd edib.
"Rusiyada senzura haqqında yeni qanuna əsasən qərbin informasiya şəbəkələri bu ölkədən yayımı dayandırıb. Onlardan biri də ABC News-dur”, - ABC-dən bildirilib.
Bir müddət əvvəl ABŞ-ın CNN teleşirkəti və "Bloomberg” agentliyinin jurnalistləri də Rusiyadan yayımı dayandırdıqlarını bəyan ediblər.
Martın 4-də Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Silahlı Qüvvələrinə münasibətdə yalan informasiya yayanların cinayət məsuliyyətinə cəlb olunacaqları haqqında qanun imzalayıb.(TASS)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər