Denis Kireyevin ölümünün bəzi detalları AÇIQLANDI
Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyevmüq silahlı müqavimət göstərməyə cəhd edərkən öldürülüb. Bunu Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya müxalifət nümayəndəsi Mark Feykinin YouTube kanalına müsahibəsində bildirib.
Arestoviç Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyevin qətlini şərh edərkən deyib ki, o Ukrayna Xüsusi Xidməti tərəfindən dövlətə xəyanətdə şübhəli bilinirdi.
Onun sözlərinə görə, Kireyev saxlanma zamanı Ukrayna xüsusi xidmətinin əməkdaşının əlindən silahı aələ keçirməyə çalışıb, hətta ondan atəş açıb. Bu zaman onu zərərsizləşdirməyə cəhd edilib və nəticədə o ölüb. "Amma Kireyevin öldürülməsi ilə bağlı dəqiq detalları Ukrayna Xüsusi Xidmətindən soruşmaq lazımdır", - Arestoviç bildirib.
N.Təbrizli
www.anews.az

Ukrayna Xüsusi Xidməti isə hələlik susur.
O, həmçinin bildirib ki, Ukrayna Rusiya hərbi əsirləri üçün düşərgələr yaratmaq niyyətindədir. Çünki onların sayı yüzlərlə ölçülür.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər