• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Ərdoğanla Putinin telefon danışığı başa çatdı - Yenilənib

Ərdoğanla Putinin telefon danışığı başa çatdı - Yenilənib
06.03.2022 17:01
 Türkiyə prezidentinin Putinlə telefon danışığının bəzi detalları açıqlanıb,bu barədə Türkiyə mediası məlumat yayıb.

 Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi telefon söhbətində Rusiyanın Ukraynaya hücumu, eləcə də, ikitərəfli münasibətlərin müzakirə olunduğunu açıqlayıb.

Bildirilib ki, Ərdoğan Ukrayna məsələsinin ən qısa zamanda sülh yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib.

"Təcili ümumi atəşkəs bölgədəki humanitar gərginliyi aradan qaldırmaqla yanaşı, siyasi həll axtarışlarına da fürsət yaradacaq. Birlikdə sülh yolu açaq”, - Türkiyə lideri çağırış edib.

Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh müqaviləsinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi və digər ölkələrkə mütəmadi təmasda olduğunu bildirən Ərdoğan hərtərəfli müzakirələrin aparılması və nəticə alınması üçün cəhdləri davam etdirəcəyini dilə gətirib.
------------- 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.

Anews az xəbər verir ki, söhbətin əsas mövzusu Ukraynada sülhün bərpası məsələsidir.

Bu barədə yazılı açıqlama yayılması gözlənilir.

TRT-nin məlumatına görə, telefon söhbəti başa çatıb. Danışıqlar 1 saat davam edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol