Putin müharibəni dayandırmağın şərtini açıqladı
Rusiya Ukraynada həyata keçirdiyi "xüsusi əməliyyatı" yalnız rəsmi Kiyev hərbi əməliyyatları dayandırdığı və Rusiyanın tələblərini yerinə yetirdiyi təqdirdə dayandıra bilər. Bunu Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayip Eroğan arasında olan bir saatlıq söhbətin nəticələrinə dair yaydığı press relizdə bildirib.
Putin həmçinin Ukraynada əməliyyatların ğncədən müəyyən edilən qrafik əsasında aparıldığını da vurğulayıb.
Buna cavab olaraq Ərdoğan Türkiyənin hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına yardım etməyə hazır olduğunu söyləyib.
Ukrayna prezidenti Vladimir Zelenski isə öz videomüraciətində Ukraynanın sona qədər öz ərazi bütövlüyünü müdafiə edəcəyini bildirib.
Rusiya vətəndaşlarına üzünü tutan Ukrayna prezidenti həmçinin onları susmamağa səsləyib.
"Rusiya vətəndaşları! Sizin üçün bu yalnız sül uqrunda mübarizə deyil! Bununla siz öz ölkəniz uğrunda mübarizə aparmış olacaqsız. Öz ölkənizdə yaxşı nə qalıbsa onun uğrunda döyüşəcəksiz. Gördüyünüz o azadlıq , hiss etdiyiniz o bolluq uğrunda mübarizə olacaq", - prezident deyib.
Ukrayna müdafiə naziri Aleksey Reznikov Ukraynanın qələbəyə çox yaxın olduğunu və Rusiyanın fiaskoya uğradığını etiraf etmək istəmədiyini bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər