Wall Street Journal: Suriyalılar Zelenskinin çağırışına səs verib
Rusiya şəhər şəraitində döyüş əməliyyatları həyata keçirməyi bacaran suriyalıları ələ almağa çalışır. Məqsəd onları daha sonra Ukraynaya göndərmədir. Bu barədə Wall Street Journali ABŞ məmuruna istinadən yazır. Toplam bu işə hansı sayda suriyilanın cəlb ediləcəyini ABŞ rəsmiləri açıqlamır.
Digər tərəfdən ərəb mediası yazır ki, bir çox suriyalılar Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna tərəfində könüllü döyüşmək çağırışına səs verib. Bu məlumatı Fransada yerləşən "Suriyalılar həqiqət və ədalət tərəfdarıdır" (Syrians for Truth and Justice (STJ) qeyri kommersiya təşkilatı da təsdiqləyib.
"Rusiya Ukraynaya hərbi təcavüz edəndən sonra suriyalılar iki cəbhəyə - bu təcavüzü pisləyənlərə və neytral mövqe tutanlara bölünüb", - STJ bildirir.
N.Təbrizli
www.anews.az

Ukrayna münaqişəsi xarici döyüşçüləri özünə cəlb edən yeni mərkəzə çevrilə bilər, - Study of War-nun(Müharibələrin öyrənilməsi analitik İnstitutu) Suriya üzrə eksperti Cenifer Kafarella bildirib.
"Bütün ölkələrdən könüllülərin Ukraynaya gəlmək istəyi hərbi əməliyyatları beynəlmiləlləşdirir", - Wall Street Journal ekspertdən sitat gətirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər