Putinin antiböhran tədbirləri haqqında fərmanı ölkəni xilas edəcəkmi?
Rusiya prezidenti Vladimir Putin antiböhran tədbirləri barədə fərman imzalayıb.
BBC iqtisadiyyat departamentinin redaktoru Olqa Şamina bildirir ki, bu tədbirlər əsasən sosial istiqamətlidir.
İlk növbədə fərmanda təqaüdçülərin təminatı nəzərdə tutulur. İndiyə kimi qanunverici orqan təqaüdləri inflyasiyanın həcminə uyğun olaraq ildə bir dəfə indeksasiya edirdisə indi təqaüdlərin miqdarına ildə bir neçə dəfə baxıla biləcək, üstəlik onlara əlavə müavinatlar da təyin edilə bilər. Bu təqaüdlərin həcmi inflyasiya uyğun dəyişəcək.
Hələ hərbi əməliyyatlara başlamazdan qabaq Rusiyada inflyasiya 8% təşkil edirdi. Bu ölkədə insflyasiya 2016 -cı ildə Krımın işğalından sonra maksimum həddə çatmışdı. İndi idxalın qadağan edildiyi və sürətli devalvasiyann getdiyi şəraitdə inflyasiya ilə bağlı proqnozlar vermək çətindir.
Rublun devalvasiyaya uğraması və idxala qadağadan sonra xaricdə istehsal edilən məhsullar Rusiya bazarına daxil olmayacaq. Ekspertlərin fikrincə, inflyasiyanın ikirəqəmli olacağı labüddür.
Bundan başqa hökumət "dost olmayan ölkələr"dən qovulmuş tələbələrə yardım etmək niyyətindədir. Belə ki, Rusiya dünyanın aparıcı universitetlərində oxuyan tələbələri öz səviyyəsinə görə qat-qat aşağı olan Rusiya ali məktəblərinə götürməyi vəd edir. "Dost olmayan ölkələr" siyahısına Putin hakimiyyəti Rusiyanı bu ölkəyə sanksiyalar tətbiq edən ölkələri daxil edir.
Hakimiyyət həmçinin sanksiya səbəbindən yaranmış dərman çatışmazlığı problemini həll etməyə çalışır. Bunun üçün ölkə daxilində dərman istehsal edən müəssisələrin fəaliyyətini stimulaşdırmaq niyyətindədir.
Biznes həmçinin özününizamlamanın təşkili yolu ilə dəstək alacaq. Yəni şirkətlər öz özlərinə borc verə biləcəklər. Həmçinin aksiyaları sanksiyalar nəticəsində ucuzlaşan şirkətlər onları özlri ala biləcək.
BBC iqtisadiyyat departamentinin redaktoru Olqa Şamina bildirir ki, biznesə konkret yardımlar Putinin bu fərmanında öz əksini elə də tapmayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox