ABŞ Rusiya nefti və qazından imtina edir - PREZİDENT BAYDEN/TƏCILI
ABŞ prezidenti Co Bayden elan etdi ki, ABŞ Rusiya nefti və qazından imtina edir.
"Dünya Putini Ukraynada müharibəni dayandırmağa çağırır. Rusiya Ukraynada bir şəhəri ələ keçirə bilər. Amma bütün ölkəni özünə təslim edə bilməyəcək. Biz ona görə Ukrayna xalqını dəstəkləməkdə davam edəcəyik. Ukraynalılaq azadlıq, demokratiya və ölkələrini müdadiə edirlər. Biz də onlara həm humanitar, həm də maddi yardım edəcəyik", - Bayden dedi.
O , həmçinin bildirdi ki, Rusiya AVropanın ən iri atom elektrik stansiyasını (Zaporojye AES) ələ keçirib. Bu təhlükəlidir.
"Biz Putinin başladığı müharibəni maliyyələşdirmək niyyətində deyilik", - Bayden bildirib.
O, etiraf edib ki, Avropadan olan müttəfiqləri Rusiya qazından asılı olduğu üçün Rusiya enerji daşıyıcılarından imtina edə bilməyəcək.
Britaniyanın energetika və sənaye strategiyası naziri Kvazi Kvartenq isə bildirib ki, Britaniya Rusiya neftinin idxalını 2022-ci ilin sonuna dayadıracaq.
"Böyük Britaniya Rusiya nefti və neft məhsullarının idxalını 2022-ci ilin sonuna dayandıracaq. Bu keçid bazara və müəssisələrə Rusiya neftinə alternativlər tapmağa imkan verəcək. Hazırda Britaniya bazarına daxil olan neft və neft məhsullarının ın 8%-i Rusiyanın payına düşür", nazir Tvitter hesabnda deyib.
ABŞ-ın Rusiya neftinin idxalından imtina etməsi dünya bazarında neftin qiymətinin artmasına səbəb olacağına baxmayaraq bu qərar ABŞ-ın hər iki partiyası tərəfindən dəstəklənib.
Baydenin bu qərarı hələ elan edilməmiş dünya bazarında Brent markalı neftin qiyməti 5% artaraq 1 barrel üçün 130 dollar təşkil edib. AVtomobil benzinin qiyməti isə 18% artıb.
Dünyanın iri neft şirkətləri olan Shell və BP artıq Rusiya nefti və neft məhsullarının satışından imtina edib. Shell Rusiyada olan yanacaq doldurma stansiyalarını bağlayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox