Ukrayna ilə bağlı martın 8-də nə baş verib - İCMAL
Ukrayna-Rusiya müharibəsi davam edir.Rusiya fFevralın 24-cən başlayan müharibənin 3 gün ərzində bitəcəyini proqnozlaşdırsa da Ukrayna xalqı müqavimət göstərə bilir.
Martın 8-də bu münaqişə ilə bağlı baş vermiş əsas hadisələri təqdim edirik:
- Rusiya Mərkəzi Bankı xarici valyuta ilə hesablardan pulun nəqdləşdirilməsinə məhdudiyyət qoyub Bundan sonra ancaq 10 min dollar nəqdləşdirmək mümkün olacaq. Pulun qalan hissəsini vətəndaşlara rublda çıxarmağa icazə verəcəklər.
- McDonalds, Coca-Cola, Starbucks, Universal Music və başqa şirkətlər Rusiyada fəaliyətini dayandırıb.
- ABŞ prezidenti ölkəsinin Rusiya neft, qaz və daş kömürünü idxal etməyəcəyini bildirib.
- Britaniya 2022-ci ilin sonuna kimi Rusiya neftini idxal etməyəcəyini bildirib.
- Ukrayna prezidenti Vladimir Zelenski Britaniya parlamentinin İcmalar Palatasında çıxış edib.
- Ümumdünya Səhiyyə Təşkilatı Ukraynada humanitar böhranın baş verəcəyini bildirib.
- BMT 2 milyon adamın Ukraynanı tərk etdiyini elan edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox