İtki verən Rusiya gizli səfərbərlik keçirir - Ukrayna Baş Qərargahı
Müharibənin 14-cü gününün əvvəlinə tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib. Bu barədə Ukrayna Baş Qərargahı martın 8-nin yekunlarına dair məlumatında bildirir.
Ukrayna Baş Qərargahı yazır ki, Ukrayna ordusu şimal və şimal-qərb istiqamətlərində müdafiə döyüşləri aparmaqda davam edir, Kiyev qruplaşması Rusiyanın cəhdlərini dəf edir.
Baş Qərargah həmçinin iddia edir ki, Rusiya hərbçiləri "çoxsaylı şəxsi heyət itkiləri verdiyindən” Krımda, qondarma DXR-LPR-də və Rusiyanın Krasnodar vilayətində gizli əlavə səfərbərliyə başlayıb. Bu məlumat hələ təsdiqlənməyib.
www.anews.az

Bir az əvvəl Rusiya prezidenti Vladimir Putin səfərbərlik elan etməyəcəyini və müharibəyə ancaq kontrakt əsasında orduda çalışan hərbiçilərin aparacağını bəyan edib.
Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denişenko da bu gün səhər televiziya ilə çıxışında gecənin nisbətən sakit keçdiyini bildirib.
Bununla belə Ukrayna əlavə edib ki, Xarkovun atəşə tutulması, mühasirədə olan Mariupolda hələ də çətin vəziyyət, həmçinin rusların Xarkovla Donetsk arasında mühüm nəqliyyat qovşağı olan İzyumda irəliləmək cəhdləri barədə məlumatlar var. Bu məlumatlar yoxlanılır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox