• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Amerika kəşfiyyatı - Putinin başında nə baş verir?

Amerika kəşfiyyatı -  Putinin başında nə baş verir?
09.03.2022 11:24
ABŞ Konqresində keçirilən dinləmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi Skot Berrier və ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns Rusiya prezidentinin başında baş verənlərlə bağlı fikirləri ilə bölüşüblər.

"Düşünürəm ki, Putin indi qəzəbli və çox əsəbidirb. Çox güman ki, o, Ukraynanı məhv etmək üçün səylərini ikiqat artıracaq və mülki əhali arasında itkilər onun üçün maraqlı deyil", - Uilyam Börns bildirib. 

O, hesab edir ki, Rusiya prezidenti artıq bir müddətdir ki, "çox təhlükəli olan ədalətsizlik və ambisiya hissləri ilə yaşayır”.

Pentaqonun general-leytenantı Berrier Kremlin son illərdə "taktiki nüvə silahlarına sərmayə qoyduğuna" diqqət çəkib.

"Mən hesab edirəm ki, Putin bunun ona asimmetrik üstünlük verdiyini düşünür", - Berrier deyib.

Avrin Haynes isə bildirib ki, Putin "nüvə dəyənəyi”ni yellətməkdə davam edir.

"Biz hesab edirik ki, Putin Qərbin ona yetərincə hörmət göstərmədiyini düşünür və hesab edir ki, o, bu müharibədə məğlub ola bilməz", - Haynes deyib. 

"Amma Putin qələbə deyəndə nəyi nəzərdə tutur Bunu bilmək üçün zaman tələb olunur. Onun qələbə deyəndə nə anladığı zamanla dəyişə bilər", - Haynes əlavə edib.

ABŞ Kəşfiyyat idarəsinin direktoru deyib ki, Putin inanılmaz təzyiq altında olduğundan onun yaxın ətrafı "daralır”. O, hesab edir ki, bu çevrədə prezidentin qərarlarını tənqid etməyi bacaracaq insanlar yoxdur.

"Bu adamlar anlayırlar ki, onun qərarlarını şübhə altına almaq karyeraları üçün həmişə pisdir”, – ABŞ Kəşfiyyat idarəsinin direktoru bildirib.


N.Təbrizli 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol