Ukrayna Prezidentinin yeni müraciəti
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski video müraciətində Qərb ölkələrini Ukraynanın hava məkanını bağlamağı xahiş edib və Polşaya buna alternativ olaraq Ukraynaya döyüş təyyarələri göndərməyə hazır olduğu üçün təşəkkür edib.
"Problem logistikadadır. Əslində, texniki məsələdir. Onu həll etmək lazımdır! Dərhal. Təyyarələrin müvafiq bazaya - Amerika bazasına köçürülməsi ilə bağlı Polşanın rəsmi qərarı var. Bizdə də razılığın əldə edildiyinə dair təsdiq var. Bizdə olan məlumata görə ABŞ və Polşa arasında bu barədə razılıq əldə edilib. Amma eyni zamanda bizə Polşanın təklifinin guya əsassız olması barədə də xəbərlər çatır. Bunu Vaşinqtonda deyirlər. Bəs qərar nə vaxt olacaq? Baxın, bizdə müharibə gedir! Bu stolüstü tennis oyunu deyil! Söhbət insan həyatından gedir! Bir daha xahiş edirik məsələni tez həll edin. Məsuliyyəti boynunuzdan atmayın, bizə təyyarə göndərin", - Prezident Zelenski vurğulayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox