Rövşən Nəcəf: "SOCAR təbii qaz ixracını bir ildə 65 % artırıb"
2022-ci ilin yanvar-fevral ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 510,1 milyon kubmetr təbii qaz ixrac edib, bunu SOCAR-ın birinci vitse-prezidenti, Şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf bildirib.
Onun sözlərinə görə, yanvar-fevral ərzində SOCAR üzrə təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 % artıb.
2021-ci ilin yanvar-fevral aylarında SOCAR 309,4 milyon kubmet təbii qaz ixrac edib.
www.anews.az
Son xəbərlər
Daha çox