Ruslar Mariupolda doğum evi və uşaq xəstəxanasını vurdu-FOTOLAR
Rusiya ordusu Mariupolda doğum evini və uşaq xəstəxanasını vurub, bu barədə Ukraynanın yerli kanalları məlumat yayıb.
Yaralılar və ölənlər barəsində məlumat yoxdur.
Hadisədən sonra Ukraynanın prezidenti Zelenski tvitter hesabında paylaşım edib.
O dünyaya səslənərək bunları yazıb:
"Mariupol. Rusiya qonuşlarının doğum evinə birbaşa zərbəsi. Dağıntılar altında insanlar.Dağıntılar altında uşaqlar. Bu vəhşilikdir. Nə vaxta qədər dünya terrora məhəl qoymamaqda şərik olacaq? Dərhal səmanı bağlayın.İndi qətlləri dayandırın! Gücün var. Amma deyəsən insanlığı itirirsən",deyə prezident qeyd edib.
Mariupolda partlayışdan sonra çəkilən fotolar:


Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox