Lavrovdan müharibə ilə bağlı yeni AÇIQLAMA/VIDEO - YENİLƏNİB
Rusiya ilə atəşkəslə bağlı razılaşma əldə olunmayıb və Lavrov Mariupol sakinlərinin təxliyəsi üçün humanitar dəhliz açmağa razılıq verməyib.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Ukraynalı nazirdən sitat gətirən Reuters agentliyi bildirir ki, Kuleba Lavrovla eyni formatda yenidən görüşməyə hazır olduğunu deyib.
Lavrov həmçinin bildirib ki, Rusiya prezidenti ukraynalı həmkarı ilə görüşdən imtina etməyib.
"Prezident Putin prezident Zelenski ilə görüşdən imtina etməyib. Yəqin nə vaxtsa belə bir görüşə ehtiyac yaranacaq. Amma buna qədər Belarusda keçirilən danışıqların nəticələrinə uyğun hazırlıq işləri görülməlidir. Bizim son dərəcə konkret təkliflərimiz Ukrayna nümayəndə heyətinə verilib və onlarbu təkliflərə son dərəcə konkret cavablar verməyə boyun olublar", - Lavrov Ukrayna və Türkiyə xarici işlər nazirləri ilə görüşdən sonra keçirdiyin mətbuat konfransında vurğulayıb.
Sergey Lavrov başqa ölkələrin ərazisinə hücum etmək niyyətiniz varmı sualına cavabında bildirib ki, "biz başqa ölkələrin ərazisinə hücum etməyi planlaşdırmırıq. Biz Ukraynaya da hücum etməmişik".
"Biz sadəcə Ukraynaya bir neçə dəfə izah etdik ki, Rusiya Federasiyasının təhlükəsizliyinə birbaşa təhlükə yaradan vəziyyət yaranıb. Prezident Putin bu barədə dəfələrlə fikir bildirib. Amma indi "azad edilən ərazilərdə" üzə çıxan yeni faktlar göstərir ki, bu "xalq respublikalarına" hücum palnlaşdırılırdı. Özü də bu hücumlar bu ay planlaşdırılırdı. Təmamilə dözülməz faktdır ki, Pentaqonun onun puluna, ABŞ-ın puluna yaradılan bioloji labaratoriyalarda etdikləri dözülməzdir. Onlar Ukrayna ərazisindən patogenlər üzərində eksperimentlər aparır ki, sonra bundan bioloji silah üçün istifadə etsinlər", - Lavrov bildirib.
Sergey Lavrov doğum evinin Rusiya Silahlı Qüvvələri tərəfindən mərmi atəşinə tutulması ilə də bağlı açıqlama verib.
O bildirib ki, bir gün əvvəl rus qoşunları tərəfindən atəşə tutulan Mariupoldakı doğum evində "Azov” millətçi batalyonunun bazası yerləşdirilib.
"Rusiya bu barədə məlumatları bir neçə gün əvvəl BMT-yə ötürüb", - Lavrov deyib.
Lavrov həmçinin Qərb mediasını vəziyyəti qərəzli işıqlandırmaqda ittiham edib.
"Təəssüf ki, istənilən situasiyanın ikinci tərəfi, obyektiv baxış formalaşdırmağa imkan verən tərəfə xüsusi diqqət ayrılmır”, - Rusiya XİN rəhbəri vurğulayıb.
Martın 9-da Ukrayna hakimiyyəti və Qərb mediası Mariupolda doğum evinin atəşə tutulduğunu, nəticədə biri uşaq olmaqla 3 mülki şəxsin həlak olduğunu, daha 17 nəfərin yaralandığını bildirib.
N.Təbrizli
Kənan Əzizli
www.anews.az
Son xəbərlər
Daha çox