Rusiya ordusu itki verir, Putin könüllüləri orduya çağırır
Rusiya prezidenti Vladimir Putin döyüşmək istəyən könüllülərin Ukraynaya göndərilməsini planını dəstəkləyib. Bu barədə Reuters agentliyi xəbər verir.
O, Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib ki, Rusiya ordusu ilə bərabər Ukraynada döyüşmək istəyən könüllülərə icazə verilməlidir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, yaxın Şərqdə Rusiya tərəfdə döyüşməyə hazır olan 16 min könüllü var.
Bir müddət qabaq Ukraynada Rusiya Silahlı Qüvvələrinin uğur qazandığını söyləyən Rusiya prezidenti bildirirdi ki, Ukraynada əlavə döyüşçülərə ehtiyac yoxdur. "Rusiya Silahlı Qüvvələrinin tərəfində yalnız müqavilə ilə işləyən hərbçilər döyüşür. Bizim çağırışçılara ehtiyacımız yoxdur. Rusiya ordusunun şəxsi heyəti yetərlidir", - Putin bildirmişdi.
Ancaq üstündən bir müddət keçmiş bəlli oldu ki, Rusiya ordusu sıralarında Ukraynada çağırıçılar da döyüşür. Belə ki, Ukrayna tərəfi əsir düşənlər arasında çağırışçıların olduğunu bildirdi. Bu məlumatdan şaşırdığını bildirən Rusiya prezidenti hərbi prokurorluğa bunu araşdırmağı tapşırdı. Müdafiə Nazirliyi isə çağırışçıların Ukraynada döyüşdüyünü etiraf edən bəyanat yaydı.
ABŞ kəşfiyyatı Ukraynada 4-5 min Rusiya hərbçisinin öldüyünü, yaralıların sayının isə bundan 3 dəfə çox olduğunu bildirib.
"Müharibənin Putinin dediyi kimi 3 gün deyil daha çox uzanması təbii Rusiya hakimiyyəti üçün gözlənilməz idi. Rusiya ordusu bu qədər itki verəcəyini gözləmirdi. Eyni zamanda ölkə daxilində də adi ruslar öz balalarını hərbiyə göndərmək istəmir. Odur ki, Putin haimiyyəti indi Suriyadan yaraqlılar gətirməyi düşünür. Bu gün Şoyqunun dediyi 16 min könüllü də çox güman Rusiyanın Suriyadan gətirmək istədiyi yaraqlılardır", - Anews-a adının anonim saxlanmasını stəyən Rusiya hərbi eksperti bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox