Bayden Rusiya üçün yeni sanksiyalardan DANIŞDI
ABŞ prezidenti Co Bayden növbəti sanksiya tərbirləri barəsində açıqlama verib.
O,Rusiya haqqında bunları qeyd edib:
-ABŞ, Aİ və G7-nin Rusiya Federasiyası ilə ticarətdə ən çox üstünlük verilən dövlət rejimini ləğv edəcək.
- ABŞ Rusiyadan alkoqol, brilyant və dəniz məhsullarının idxalına qadağa qoyur.
- ABŞ və NATO müttəfiqləri Rusiya Federasiyası ilə normal ticarət əlaqələri rejimindən çıxmaq niyyətindədirlər.
- G7 Rusiya oliqarxlarının aktivlərinin müsadirə edilməsi üçün tədbirləri sərtləşdirə bilər.
- G7 ölkələri Rusiya Federasiyasının BVF, DB və digər qlobal maliyyə institutlarından vəsait ala bilməyəcəyi ilə razılaşmaq niyyətindədir.
- ABŞ Ukraynada Rusiya Federasiyası ilə vuruşmayacaq, lakin onlar NATO ərazisini qoruyacaqlar.
- Ağ Ev sanksiyalar altında olan Rusiya banklarının rəhbərlərinə və Dövlət Dumasının üzvlərinə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edir.
-Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, bunun əvəzini ödəyəcək.
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirtməsindən 16 gün keçir. dünyanın 30-dan çox ölkəsi Rusiya ilə iqtisadi əlaqələrini pozub. Onlarla şirkət Rusiyadakı fəaliyyətini dayandırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox