• $
  • £

Vladimir Zelenski: “Rusiya son illərin ən böyük itkisini yaşayır”

Vladimir Zelenski: “Rusiya son illərin ən böyük itkisini yaşayır”
12.03.2022 16:43
Ukrayna prezidenti Vladimir Zelenski xalqa yeni videomüraciət edib. Şənbə günü o, həm cəbhədə, həm də rus qoşunlarının işğal etdiyi ərazilərdə mübarizənin intensivliyini azaltmamağa və müqaviməti davam etdirməyə çağırıb.

"Səhərdən insanlar, vətəndaşlarımız həmişə Ukraynanın olacağı Melitopolda rus qoşunlarına qarşı növbəti etiraz aksiyasına toplaşıblar. Şəhəri diz çökdürmək cəhdlərinə qarşı etiraz edirlər. Meydanda iki mindən çox insan var", - Zelenski bir qədər boğuq səslə deyib. 

"İşğalçılar bilməlidir ki, onlar bizim torpaqlarımızda, bütün Ukrayna torpaqlarında yaddırr və biz onları heç vaxt qəbul edilməyəcəyik”.
 
"Moskvadakılar zəhmət olmasa bunu eşidin! Melitopolda işğala iki min nəfər etiraza çıxırsa, müharibəyə qarşı  neçə nəfər olmalıdır? Düzünü deyin, ədalətli olun?"

Zelenski deyib ki, hökumət parlamentə yanacağa ƏDV və aksizlərin azad etməyi  təklif edib ki, ordu, əhali və əkin mövsümü üçün fermerlərə kifayət qədər benzin və dizel yanacağı çatsın.

"Bu, Vətən müharibəsidir. Bu, xalq müharibəsidir. Bu, bizim müharibəmizdir. Müstəqilliyimiz uğrunda müharibədir. Və təkcə dövlətin deyil, olmuş, olan və dünyada olacaq bütün ukraynalıların müharibəsidir!",  - Zelenski deyib. 

Onun sözlərinə görə, Rusiya son illərin ən böyük itkisini yaşayır.

"Biz bütün gücümüzü müdafiəyə sərf etməliyik. Bu, vətən, millət və müstəqillik müharibəsidir. Ukrayna hərbçiləri Mariupoldakı humanitar dəhliz üçün atəşkəsə riayət edir. Rusiyadan da eyni davranışı gözləyirik. Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyası ilə çalışırıq. Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar paketi gözləyirik”, - dövlət başçısı bildirib.

Fevralın 24-dən Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb və bu günə kimi müharibə davam etməkdədir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək
Dünya 23:31
Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək
NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirə bilər
Dünya 22:13
NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirə bilər
Koçaryan Baş nazirliyə namizəd oldu
Dünya 21:19
Koçaryan Baş nazirliyə namizəd oldu
Zelenski sabah Britaniyaya səfər edəcək
Dünya 20:33
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
Dünya 19:21
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
Греки решили не вмешиваться
Dünya 19:02
Греки решили не вмешиваться
Tramp ərəb ölkələrini İrana qarşı hərbi əməliyyata qoşulmağa çağırıb
Dünya 09:22
Tramp ərəb ölkələrini İrana qarşı hərbi əməliyyata qoşulmağa çağırıb
Yəmən ABŞ və İsrail gəmiləri üçün Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
Dünya 22:30
Yəmən ABŞ və İsrail gəmiləri üçün Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib
Dünya 22:00
Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol