Türkmənistanın yeni prezidenti seçildi
Sərdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib.
www.anews.az
Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.
Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.
40 yaşlı Sərdar Berdiməhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər