• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Məhkəmə Marina Ovsyannikova barədə qərar verdi - VİDEO - YENİLƏNİB

Məhkəmə Marina Ovsyannikova barədə qərar verdi  - VİDEO - YENİLƏNİB
16.03.2022 11:41
Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı "Birinci Kanal”da yayımlanan "Vremya” verilişinin studiyasına girdiyinə görə, 30 min rubl cərimələyib, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.

Ovsyannikova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.
 
Marina Ovsyannikova məhkəmədən sonra  verdiyi açıqlamasında onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
 
"Dəstəyə görə hər kəsə  təşəkkür edirəm. Həqiqətən həyatımın çox çətin günlərini yaşayıram. İki gün yuxusuz qaldım. Dindirmə 14 saatdan çox davam etdi, ailəm və dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə heç bir hüquqi yardım göstərilmədi”, - Ovsyannikova deyib. 

Jurnalist  martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə "Müharibəyə yox!” şüarı  yazılmış plakat açıb və "müharibəni dayandırın!” şüarını səsləndirib. Plakatda həmçinin "küçəyə çıxın, burada sizi aldadırlar" sözləri də yazılmışdı. 
 
O, həmçinin Youtube kanalına yerləşdirdiyi videoda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü pisləyib. 
 
"İndi Ukraynada baş verənlər cinayətdir.  Rusiya təcavüzkar ölkədir. Bu təcavüzə görə məsuliyyət ancaq bir adamın üzərinə düşür. Bu adam da Putindir. 
Atam Ukraynalıdır, anam isə rusdur. Və onlar heç vaxt düşmən olmayıb. Rusiya təcili qardaş ölümünə səbəb olan müharibəni dayandırmalıdır. Bizim qardaş xalqlar hələ barışa bilər. Təəssüf ki, son illər mən birinci kanalda çalışmışam. Kremlin təbliğatı ilə məşğul olmuşam .İndi mən çox utanıram. Utanıram, çünki televiziya ekranından yalan xəbərlərin verilməsinə imkan yaratmışam. Utanıram ki, rusları zombiləşdirməyə imkan vermişəm",  - deyib Ovsyannikova.
 

 

Gülnar Baxşıyeva


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Günəşdə güclü partlayış baş verib
Dünya 11:40
Günəşdə güclü partlayış baş verib
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Dünya 09:16
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Makron Zelenski ilə telefon danışığı aparıb
Dünya 08:48
Makron Zelenski ilə telefon danışığı aparıb
Tramp Ronaldoya zəng edib
Dünya 23:11
Tramp Ronaldoya zəng edib
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Dünya 22:28
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Dünya 21:36
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
Dünya 21:04
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək
Dünya 08:49
ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək
Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb
Dünya 22:41
Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol