NATO Ukrayna üzrə fövqəladə sammit keçirəcək
Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı özünün tviter səhifəsində yazıb.
"Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik", - NATO-nun baş katibi bildirib.
ABŞ-ın NATO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, sammitdə Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden də iştirak edəcək.(report)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər