• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bu Gecə Ukraynada nə baş verib? - İCMAL

Bu Gecə Ukraynada nə baş verib? - İCMAL
16.03.2022 09:08
Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Ukraynanın artıq bir neçə gündür mühasirəyə alınmış Mariupol şəhəri yenə raket atəşinə tutulub. Kiyev, Xakov və Odessa yaxınlığında partlayışlar qeydə alınıb. 
 
Ukrayna sayt və teleqram kanalları bunu xəbər verir: 
 
- Rusiya hərbi gəmisi Mariupolu raket atəşinə tutub. 
 
- Xarkovda gecə partlayış olub.
 
- Səhərə yaxın Kiyevdə də partlayış səsləri eşidilib.
 
- Odessanın qərbində bir neçə kilometrlikdə yerləşən Mirnoye kəndində  güclü partlayış qeydə alınıb. 
 
Ukrayna aviasiyası aktivdir
 
Ukrayna ordusunun Baş Qərargahı isə bildirir ki, son bir gün ərzində tərəflərin mövqelərində xüsusi dəyişiklik baş verməyib. 

Ukrayna tərəf düşmənin 3 təyyarə, bir vertolyot, iki dron və  2 qanadlı raket vurub. 

Baş Qərargah bildirir ki, Ukrayna aviasiyası fəaliyyətdədir və son  bir gün ərzində Rusiya ordusunun  maşın karvanına və yerləşdikəri məkanlara 10 dəfə hücum edib. 

Pentaqon Rusiyanın ordusunun Ukraynada irəliləyə bilmədiyini deyir 

Pentaqon bildirir ki, Rusiyanın Ukraynaya  təcavüzündən 20 gün keçsə də Rusiya ordusu əvvəlki kimi Ukraynanın ərazisində irəliləyə bilməyib. 

Ölkənin bir neçə iri şəhərləri güclü artilleriya atəşinə tutulur. 

Kiyev istiqamətində irəliləyən hərbi maşın karvanı Kiyevin 20 kilometrliyindədir. 

Rusiya ordusu Xarkov və Nikolayev istiqamətində güclü müqavimətlə rastlaşır. Bununla belə Rusiya ordusu şimalda Çerniqov və cənubi şərqdə  Mariupolu mühasirəyə ala bilib. Bununla belə ABŞ kəşfiyyatında olan məlumata görə, Ukrayna hakimiyyətinin bu şəhərin rəhbərliyi ilə əlaqəsi  qalmaqdadır. 

Pentaqon bildirir ki, hər iki tərəf ordusunun 90%-i işə salıb. 24 saat ərzində ABŞ maliyəsi hesabına alınmış silahların kraynaya çatdırılması gözlənilir. 

Bu günlərdə ABŞ prezidenti ABŞ-ın 1,5 trilyon dollarlıq yarım illik büdcəsinin qəbul edildiyini, bunun da 13,6 milyard dollarının Ukrayna üçün ayrıldığını bildirib. 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Günəşdə güclü partlayış baş verib
Dünya 11:40
Günəşdə güclü partlayış baş verib
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Dünya 09:16
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Makron Zelenski ilə telefon danışığı aparıb
Dünya 08:48
Makron Zelenski ilə telefon danışığı aparıb
Tramp Ronaldoya zəng edib
Dünya 23:11
Tramp Ronaldoya zəng edib
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Dünya 22:28
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Dünya 21:36
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
Dünya 21:04
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək
Dünya 08:49
ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək
Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb
Dünya 22:41
Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol