Ramiz Mehdiyev bu gün AMEA-da olubmu? - AÇIQLAMA
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) iclas keçirilməsi nəzərdə tutulmayıb, bunu anews.az-a açıqlamasında akademiyanın Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Azadə Balayeva bildirib.
"AMEA-da iclas keçirilsəydi bu barədə məlumatım olardı. Ramiz Mehdiyevin də AMEA-da olması barəsində məlumatım yoxdur və mən onu görməmişəm",deyə mətbuat katibi deyib.
Bu gün yerli KİV-də AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin AMEA gəldiyi və akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla görüş keçirtdiyi xəbəri yayılıb.
Ramiz Mehdiyev fevral ayında AMEA prezidentliyi vəzifəsindən istefa verib və hələki onun istefası xəbəri təsdiqlənməyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər