"Financial Times" Moskva və Kiyevin sülh planını açıqlayıb
Rusiya və Ukrayna danışıqlar zamanı Kiyevin neytrallığı və Ukrayna Silahlı Qüvvələrinin (AFU) ixtisarı şərti ilə atəşkəs və qoşunların çıxarılması da daxil olmaqla 15 bəndlik plan hazırlayıb. Bu barədə danışıqlar prosesinin iştirakçılarına istinadən Financial Times (FT) qəzetinin materialından məlum olub.
Nəşrin yazdığına görə, Moskva və Kiyev sülhə nail olmağa yönəlmiş bu planın hazırlanmasında mühüm irəliləyiş əldə ediblər. Qeyd olunur ki, bura Ukrayna tərəfinin NATO-ya daxil olmaq planlarından imtina etməsi və ABŞ, Britaniya və digər müttəfiqlərdən müdafiə müqabilində öz ərazisində xarici hərbi bazalar və silahlar yerləşdirməmək vədi daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər