• $ 1.7
  • € 1.9425
  • ₽ 0.021533
  • ₺ 0.0434
  • £ 2.2992

Məşhur balerina Rusiyanı tərk etdi

Məşhur balerina Rusiyanı tərk etdi
17.03.2022 22:32
Rusiyanın paytaxtı olan Moskvanın məşhur Böyük Teatrın balerinası Olqa Smirnova Hollandiya Milli Baletində işləməyə getdiyini açıqlayıb. O, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla razılaşmadığı üçün ölkəni tərk etdiyini bildirib. 

Smirnova yuxarıda göstərilən səbəbdən Rusiyanı tərk edən yeganə incəsənət xadimi deyil.   

"Heç vaxt Rusiyadan utanacağımı düşünməmişdim, istedadlı rus şəxsiyyətlər, bizim mədəniyyət və idman nailiyyətlərimizlə həmişə fəxr etmişəm. Amma indi hiss edirəm ki, əvvəlki zamanı sonrakından ayıracaq xətt çəkilib. İnsanların öldürülməsinə baxmaq ağrılıdır. Adamlar evsiz qalır və ya evlərini tərk etməyə məcbur olurlar. Bu dözülməzdir", - 30 yaşlı prima deyib. 

Hollandiya Milli Baleti də Smirnovanın dərhal şonların truppasında işə başladığını təsdiqləyib.

Olqa Smirnova Ukraynadakı müharibəyə etirazını bildirdikdən sonra Rusiyanı tərk edən və ya senzura ilə üzləşən yeganə rus mədəniyyət xadimi deyil.

Reper Feys (İvan Dremin) də ötən həftə İnstaqramda Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Rusiyanı həmişəlik tərk etdiyini və geri qayıtmayacağını yazıb.  
 
 

"Məni və əzizlərimi öz evindən, öz torpağından getməyə vadar ediblər. Sizin dövlətiniz  bizi buna vadar edib. Mən bu dövləti özümünki hesab etmirəm . Mən Rusiyadan imtina edirəm”, - musiqiçi yazıb.

Reper bundan sonra Rusiyada konsert verməyəcəyini bildirib. "Rusiyada bütün konsertlərim ləğv edilib.  Hər çıxış üçün mübarizə aparmaqdan yorulmuşam, çox sağ olun, mən getdim", - Face deyib.

Tanınmış rusiyalı kino tənqidçi Anton Dolin martın 6-da ölkəni tərk etdiyini açıqlayıb.
 


"Biz getdik. Bir neçə səbəb var. Baxmayaraq ki, reallıqda yalnız biri var - Ukraynada Rusiya Federasiyası rəhbərliyinin başlatdığı kriminal müharibə. Onların bağladığı ölkədə, hətta öz və sevdiyim ölkədə yaşamaq mümkün deyil. Yeganə mübarizə silahımızın söz olduğu halda ağzımızın tıxandığı ölkədə yaşaya bilmərik", - Dolin teleqram kanalında yazıb.

Daha sonra Dolin artıq "Art of Cinema” jurnalının baş redaktorluğundan istefa verdiyini və  "Kino-Art” şoularında iştirak etməyəcəyini açıqlayıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatına etiraz olaraq vəzifəsini ilk tərk edənlərdən biri Teatr və Mədəniyyət Mərkəzinin direktoru Elena Kovalskaya olub.

Fevralın 24-də, işğal günü o, Facebook səhifəsində vəzifəsindən istefa verdiyini, lakin başladılan işləri könüllü qismində sona çatdıracağını yazıb.

Onun tutduğu vəzifə hələ də vakandır. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol