• $
  • £

Zelenski Rusiya tərəfdə döyüşən muzdlulara xəbərdarlıq etdi

Zelenski Rusiya tərəfdə döyüşən muzdlulara xəbərdarlıq etdi
18.03.2022 11:05
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində müharibəyə başlayan Rusiyanın ordusuna qatılmaq istəyən muzdlulara xəbərdarlıq edib,bu barədə Zelenski telegramdakı hesabında paylaşdığı videomüraciətində bildirib.
 
"Rusiya ordusunun bəzi ölkələrdən muzdlu əsgər toplamağa çalışdığı haqda məlumatlıyıq. Hər kəsə Ukrayna ərazisində işğalçılara qoşulmağa cəhd edəcək şəxslərə xəbərdarlıq edirəm ki, bu, sizin ən pis qərarınız olacaq. Uzunömürlülük sizə təklif olunan puldan daha yaxşıdır", prezident deyib.
 
 
Biz sadəcə sülh istəyirik  

 "Minlərlə rus əsgərinin əsir düşdüyü, 13 mindən çoxunun isə öldürüldüyü barədə məlumatı paylaşan Zelenski rus ailələrini öz əsgərlərini çağırmağa dəvət edərək, "Biz bu müharibəni istəmirdik. Biz sadəcə sülh istəyirik" dedi.
 
 
Almaniya parlamentində çıxış etdiyini xatırladan Zelenski bir avropalı, Ukrayna vətəndaşı kimi alman deputatlara müraciət etdiyini bir daha xatırladıb.


"Biz görürük ki, Almaniya yeni yol axtarır”


"Almanların baxışlarının dəyişdiyini görürük və bu çox vacibdir. Almaniyanın yeni yol axtardığını və əksəriyyətinin köhnə siyasətə yenidən baxılmasında nə qədər səmimi olduğunu görürük", o bildirib.


Vladimir Zelenski bəyan edib ki, Ukraynanın səsini dünyaya çatdırmaq və qlobal sülhü möhkəmləndirmək üçün müxtəlif dövlətlərin parlamentlərində oxşar çıxışlar etməyə davam edəcək.


Həm Avropa, həm də dünya liderlərinin Ukraynadakı vəziyyəti daha yaxşı anlamağa başladığını vurğulayan Zelenski Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edib.


Zelenski hökumət olaraq ölkədə iqtisadiyyatı dəstəkləmək üçün mühüm addımlar atdıqlarını və bu gün keçiriləcək Nazirlər Şurasında iş dünyasını narahat edən faydalı paketlərin açıqlanacağını açıqlayıb.
 
Ukrayna Baş Qərargahı ölkəyə qarşı müharibəyə başlayan Rusiya ordusunun Suriyadakı Bəşər Əsəd rejiminin komandanlığındakı qoşunlardan minə yaxın adamı topladığını açıqlayıb. Açıqlanan bəyanatda bildirilir ki, Rusiya komandalığının  şəxsi heyəti itkisinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir və rus işğalçıları artıq minə yaxın könüllü toplayıb. Yayılan bəyanata görə "Eyni zamanda bu yaraqlılar Ukrayna ərazisindəki münaqişələrdə iştirak etmək niyyətində deyil. (TRThaber)
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol