• $
  • £

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək
18.03.2022 13:07
Dünya Azərbaycanlılarının V qurultayı Şuşa şəhərində keçiriləcək.
 
 Diasporla İş üzrə Dövlət Komitəsi tədbir keçiriləcək məkanın quraşdırılması, səhnəsinin tərtibatı, səs avadanlıqları və digər texniki avadanlıqlarla təchizatı və qurultayla bağlı baner və rollapların hazırlanması işlərinin görülməsi üçün təkliflər sorğusu elan edib.
 
Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 8-i, saat 10:00-dək təqdim edə bilərlər.
 
 Dünya Azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.
 
2002-ci il iyulun 5-də Azərbaycan Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub.
 
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.
 
Dünya Azərbaycanlılarının IV qurultayı 2016-cı il iyunun 3-4-də Bakıda keçirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol