• $
  • £

“Mənim 120 milyard borcum var” - Araz Ağalarov

“Mənim 120 milyard borcum var” - Araz Ağalarov
18.03.2022 22:32
Tanınmış milyarder, "CROCUS” şirkətinin prezidenti Araz Ağalarov "Komsomolkaya pravda”ya müsahibə verib.

İş adamı Rusiyaya qarşı sanksiyalardan dolayı ölkədə yaranmış çətin iqtisadi şəraitdən və mümkün çıxış yollarından danışıb.

"Bu gün dolların məzənnəsi ilə bağlı arqumentlər vermək mənasızdır. İndi sadəcə olaraq, ölkə daxilində iş yerlərini xilas etməliyik. Çünki bütün tədarük zəncirləri pozulub, hətta yerli təchizatçılar istehsal etdiklərini vaxtında çatdıra bilmirlər. Belə ki, yerli məhsulların da bir hissəsi xaricdən gətirilən komponentə malikdir...

Təkcə daşınmaz əmlak deyil, bütün aktivlər hər zamankından daha ucuzdur. Baxmayaraq ki, indi nəyinsə qiymətini müəyyən etmək çətindir. Birja bağlıdır, heç nə satılmır və alınmır”, - deyə Ağalarov gileylənib.
O, külli miqdarda borcunun olduğunu da bildirib.

"Mənim 120 milyard borcum var. Rublla. Hazırda heç bir qazanc da yoxdur. İndi üç əsas şeyə ehtiyac var. Müəssisələrin xərc hissəsinin sıfıra endirilməsi, altı aylıq vergi tətili və borclar, gömrük rüsumları üçün möhlət”, - deyə milyarder vəziyyətdən çıxış yollarını da göstərib.

O, həmçinin qeyd edib ki, sanksiyalarla əlaqədar Avropa və Amerikadan gələn məhsulları Türkiyə və Cənub-Şərqi Asiya malları ilə əvəz etmək lazımdır.(Oxu.az)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol