• $
  • £

NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb

NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb
19.03.2022 15:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fövqəladə zirvə toplantısında iştirak etmək üçün Belçikaya səfər edəcək. Bu barədə məlumatı "TRT Haber” yayıb.

Bildirilib ki, toplantı martın 25-də krallığın paytaxtı Brüsseldə keçiriləcək.
Məlumata görə, sammitdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.

Belə ki, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyini NATO-dakı müttəfiqlərinə qeyd edəcək. O, iki ölkə arasında atəşkəsə nail olmaq üçün özünü və hərbi rəhbərliyin göstərdiyi cəhdləri alyans liderlərinə çatdıracaq.

Məlumat qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan tərəflər arasında münaqişənin həlli ilə bağlı təkliflərini təqdim edəcək.
Eyni zamanda, sammitdə NATO liderləri Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı bundan sonrakı fəaliyyətə dair fikir mübadiləsi aparacaq.
Toplantıda həmçinin alyansın müdafiəsinin gücləndirilməsi və çəkindiricilik üçün atılacaq addımlar da müzakirə ediləcək.

Sammitə ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Conson da qatılacaq.

Türkiyə Prezidenti zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək.

Məsələ ilə əlaqədar fevralın 25-də alyansa üzv dövlətlərin liderlərinin videokonfransı keçirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol