• $
  • £

Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub

Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
19.03.2022 20:39
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. Kalın əlavə edib ki, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb.

"Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin "denazifikasiya” adlandırdığı proses, yəni Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması. Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə edildiyi güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.

O əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və iki qondarma "respulika”ları tanımasıdır. Kalın qeyd edib ki, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir.

"Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər”, - o əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol