• $
  • £

“Soyqırım” yoxsa, “qətliam”: Türkiyə niyə həyəcanlanır? - AÇIQLAMA

“Soyqırım” yoxsa, “qətliam”: Türkiyə niyə həyəcanlanır? - AÇIQLAMA
29.05.2020 09:41
Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin üzərinə həkk olunan "soyqırım" sözü pozulub və "qətliam" yazılıb.   
Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” toplantısında Türkiyə üzərinə hücum edən Serj Sarkisyana verdiyi cavabın müqabilində Türkiyə rəhbərliyinin ardıcıl Ermənistan istiqamətli addımları Azərbaycanda ciddi narahatlıq yaradıb. 
Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.  
Türkiyə səfirliyi məsələyə “Türkiyə Xarici İşlər Nazirliyi açıqlama vermədən Azərbaycandakı Türkiyə səfirliyi bu barədə bir söz deyə bilməz” - formasında reaksiya verib.
ANN.Az mövzu ilə bağlı politoloq Elçin Xalidbəylinin fikirlərini öyrənib. 
E.Xalidbəyli hesab edir ki, Türkiyə rəhbərliyinin son addımları çox məyusedicidir: “Türkiyədə Uşak vilayətində bələdiyyənin qərarı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin adının Xocalı Qətliamı olaraq dəyişdirilməsi olduqca məyusedici addımdır. Belə anlaşılır ki, Türkiyədə kimlərsə ermənilərin xətrinə dəyməkdən çəkinməyə başlayıb. Xüsusilə də son günlər baş nazir Rəcəb Teyyub Ərdoğanın ermənilərdən üzrxahlıq məzmunu daşıyan bəyanatından sonra bu addımın təsadüfi atılmadığını düşünməyə ehtiyac yaranır. Üstəlik, həmin açıqlamaya işarə edən prezident Abdullah Gülün "Biz ermənilər qarşısındakı günahımızı və utancımızı dilə gətirdik" -  deməsi rəsmi Ankaranın Azərbaycanla bağlı məsələlərə həssas yanaşmasını arxa plana keçirtməyə meyl etdiyini göstərir”. 
E.Xalidbəyli Azərbaycan prezidentinin “Şərq Tərəfdaşlığı” toplantısında Sarkisyana sərgilədiyi təpkinin müqabilində Ərdoğanın davranışının başadüşülən olmadığını da bildirib: “Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyəyə qarşı ittihamlar irəli sürən Serj Sarkisyana beynəlxalq tədbirdə sərt cavab verməsinin fonunda rəsmi Ankaranın həmin davranışı, yumşaq desək, o qədər də başadüşülən deyil. Belə anlaşılır ki, Türkiyədə ermənilərin könlünü almaq üçün xüsusi canfəşanlıq göstərilməyə başlanılıb”. 
O, açıqlamasında bu kimi çıxışları, ermənilərin qondarma soyqırımın 100 illiyi ilə bağlı yumşaltma xətt kimi izah etsə də, bunun yanlış istiqamət olduğunu diqqətə çatdırıb: “Ola bilsin ki, AKP hakimiyyəti 2015-ci il - qondarma "erməni soyqırımı" iddialarının 100 illiyi ərəfəsində ermənipərəst dövlətlərin ehtimal olunan təzyiqlərini yumşaltmağa cəhd göstərir. Halbuki tarixi təcrübə artıq dəfələrlə sübut edib ki, ermənilərin qarşısından geri çəkilmək variantı heç vaxt özünü doğrultmur. Əksinə, ermənilərin qarşısından geri çəkilməyin cavabı olaraq onlar Türkiyənin üzərinə daha inadkarlıqla irəliləyəcəklər. AKP hakimiyyəti gələcəkdə ermənilərlə bağlı növbəti problemlərlə üzləşmək istəmirsə, onda bu tarixi təcrübənin dərslərini nəzərə almalıdır. Əks halda, ermənilərin könlünü almaq həvəsinə düşən Ərdoğan hakimiyyətinin bəslədiyi ümidlər özünü doğrultmaya bilər”.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol