• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

İlham Əliyev ABŞ Prezidentinə məktub göndərib

İlham Əliyev ABŞ Prezidentinə məktub göndərib
22.03.2022 10:15
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət başçısı Cozef Baydenə məktub göndərib.
 
Məktubda deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm.
 
Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram.
 
Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.
 
Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.
 
Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür.
 
Hörmətli cənab Prezident,
 
Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbitəcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.
 
İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.
 
İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
 
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol