• $
  • £

Xəzər dənizi külək enerjisinin potensialına görə - DÜNYADA İKİNCİDİR

Xəzər dənizi külək enerjisinin potensialına görə - DÜNYADA İKİNCİDİR
30.03.2022 17:33
Xəzər dənizinin şimal hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Biz və beynəlxalq qurumlar bunun təxminən 157 GVt həcmində olduğunu qiymətləndiririk. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur və Xəzər dənizi dünyada keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır.


"Lakin Azərbaycanın okeana çıxışı mövcud deyil və külək turbinlərinin 90 metrlik nəhəng pərlərini daşınması üçün dəniz yoluna ehtiyac var. Hazırda bu infrastrukturun qurulması avadanlığın Volqa-Don vasitəsilə gətirilməsi və ya yerli istehsal ilə mümkündür", - nazir müavini bildirib.


Elnur Soltanovun sözlərinə görə, ən ciddi məsələ odur ki, dənizdən əldə olunan külək enerjisi qurudakından daha baha başa gəlir və investorlar da bu xərclərin bir şəkildə ödənilməsini tələb edirlər: "Bu isə tariflərin yüksəlməsinə gətirib çıxarır, lakin bu, heç vaxt çıxış yolu ola bilməz. Dövlət subsidiyası variantı da cəlbedici görünmür və biz digər həllər üzərində işləyirik. Bu səbəbdən, fikrimcə, Azərbaycanda indidən pilot layihələr həyata keçirməlidir ki, gələcəkdə vaxtı çatanda ölkə texniki tərəfdən buna hazır olsun".


Nazir müavininin fikrincə, çox güman ki, quruda olan külək stansiyası daha erkən tikiləcək. (Apa)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol