• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

“Yanukoviç və yaxın ətrafı təkcə Rusiyaya 32 milyard dollar pul aparıb”

“Yanukoviç və yaxın ətrafı təkcə Rusiyaya 32 milyard dollar pul aparıb”
29.04.2014 16:28
Ölkədən qaçan Ukraynanın keçmiş prezidenti və onun yaxın ətrafı Rusiyaya azı 32 milyard dollar pul aparıb.APA-nın xəbərinə görə, bunu Britaniyanın nüfuzlu “Financial Times” qəzetinə açıqlamasında Ukraynanın baş prokuroru Oleq Maxnitski deyib. O. Maxnitski bildirib ki, Rusiya Federasiyası V. Yanukoviç, eləcə də keçmiş baş prokuror Viktor Pşonka və keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonu rəsmən gizlədir: “Rusiyanın baş prokuroru Yuri Çayka açıq bəyan edib ki, Rusiya onları təhvil verməyəcək. Son operativ məlumatlara əsasən təkcə Rusiyaya bu şəxslər tərəfindən 32 milyard ABŞ dolları aparılıb”.  Baş prokuror qeyd edib ki, Avstriya, Lixtenşteyn və İsveçrə kimi ölkələr oğurlanaraq ölkədən kənara çıxarılan pullarla bağlı Ukrayna tərəfinin sorğularına cavab verib. İsveçrə tərəfinin bildirdiyinə görə, 2012-ci ilin sonuna olan məlumata əsasən bu ölkə banklarında Ukrayna mənşəli 2 milyard dollar pul saxlanılır. O. Maxnitski aparılan istintaq çərçivəsində Ukrayna bank sistemində şübhəlilər Viktor Yanukoviçə, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevə, sabiq aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuka aid 1 milyard 300 milyon qrivna, 9,6 milyon dollar və 214 min avro vəsaitə, eləcə də bu şəxslərin əmlakına həbs qoyulduğunu söyləyib. O. Maxnitski Yanukoviç və ətrafının oğurladığı pulların ölkədə separatizmin və qətllərin maliyyələşdirilməsinə sərf olunduğunu açıqlayıb.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelada 7 günlük matəm elan olunub
Dünya 10:01
Venesuelada 7 günlük matəm elan olunub
Medvedev ABŞ-a cavab verib
Dünya 08:53
Medvedev ABŞ-a cavab verib
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Dünya 23:07
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
Dünya 22:10
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
İsrail ordusu Livana zərbə endirib
Dünya 19:34
İsrail ordusu Livana zərbə endirib
Parisdə “İstəklilər Koalisiyası”nın görüşü başlayıb
Dünya 19:04
Parisdə “İstəklilər Koalisiyası”nın görüşü başlayıb
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Dünya 18:33
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST
Dünya 18:08
Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST
İsraildə "quş qripi" aşkarlanıb
Dünya 13:54
İsraildə "quş qripi" aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol