Buçada rus əsgəri atanı oğlunun gözü qarşısında öldürüb
Martın
17-də saat 11:00 radələrində Yuri Neçiporenko və atası Ruslan velosipedlə
Buçanın yardımların paylandığı administrasiya binasına yollanıb.
Ukraynanın
paytaxtı Kiyevə doğru irəliləyən Rusiya ordusunun yolunda olan və ilk işğala məruz qalan bu şəhərdə elektrik, qaz və su kəsilmişdi və zəruri
əşyalar çatışmırdı. Yuri
və atası bir az dərman və yemək götürməyə ümid edirmişlər. Yuri deyir ki,
Tarasivska küçəsində rus əsgəri onu və atasını saxlayıb. Onlar dərhal
əllərini qaldırıblar.
Anası Alla ilə birgə BBC müxbiri ilə telefonla danışan 14 yaşlı yeniyetmə daha sonra başına gələnləri belə təsvir edib.
"Biz onlara silah gəzdirmədiyimizi
və təhlükə yaratmadığımızı söylədik. "Sonra atam başını mənə tərəf çevirdi və
elə bu zaman onu güllələdilər... O, ürək nahiyəsindən iki güllə yarası
aldı və yerə yıxıldı”, - yeniyetmə dedi.
Yeniyetmənin sözlərinə görə, bundan sonra əsgər onun sol əlindən
vurub və uşaq yerə yıxılıb. Yerdə olarkən o yenə , amma bu dəfə qolundan güllələndiyini söyləyib.
"Mən qarnı üstə uzanmışdım, ətrafımda baş
verənləri görə bilmirdim", - Yuri deyib. Əsgəronun başını nişan alaraq yenidən
atəş açıb. "Ancaq güllə kapişonuna ilişib".
Gördüm ki, əlimdən qan axır”, - yeniyetmə deyib.
Yalnız bir müddət sonra əsgər
tankın arxasına keçəndə Yuri ayağa qalxaraq qaça bilib.
BBC Yurinin dedikləri ilə bağlı müstəqil araşdırma aparmayıb . Lakin onun dedikləri Rusiya hərbçilərinin Kiyevin şimalındakı Buça və digər şəhərlərə
nəzarəti ələ keçirdikləri zaman törətdikləri vəhşiliklərə dair sübutların
artdığı bir vaxta təsadüf edir.
Təkcə Buçada küçədə bədənlərində iri yaralar olan kişi meyitləri tapılıb. Bəzilərinin gicgah nahiyəsinə güllə ilə vurulib. Sanki onları edam ediblər.
Digərlərinin əl-ayaqları arxadan bağlanıb. Bəzilərinin üstündən tank keçdiyi açıq-aydın görünür.
Cəsədlərin çoxu Yablonska küçəsində,
Ruslanın qətlə yetirildiyi deyilən küçədən cəmi 2 kilometr (bir mil) aralıda aşkarlanıb.
Yurinin anası Alla BBC-yə
yeniyetmə evə qayıtdıqdan sonra ərini görməyə necə getdiyini və başına gələnləri danışıb.
O, Yurinin səhv edə biləcəyini , Ruslanın bəlkə yaralandığını və tibbi yardıma ehtiyacı olduğunu düşünüb
Səhəri gün Alla anasını köməyə
çağırıb.
Onlar ağ şərf geyinərək hadisə
baş verən yerə gediblər. Anası rus əsgərləri ilə
danışıb və onlar keçə biliblər. Nəhayət, Ruslanın meyitini götürüb evə gətiriblər.
Allanın çəkdiyi və BBC ilə
paylaşdığı qismən örtülmüş cəsədin şəkli Yuriyin dediklərini təsdiqləyir. Döş qəfəsinin
sol tərəfində, ürəyin yaxınlığında güllə yarası var.
Onu ailə evinin bağçasında dəfn
etdilər", - Alla deyib.
Yuri atasını öldürən əsgərin
açıq-aşkar rus olduğunu deyib. "Onun Rusiya ordusuna xas tünd yaşıl forması var idi. Gördüm ki, gödəkçəsinin üzərində
rusca "Rusiya” yazılıb. Biz hərbçilər üçün təhlükə yaratmırdıq, biz
mülki insanlar idik, bunu göstərmək üçün ağ şərflər taxırdıq”, - Yuri əlavə edib.
Səkinəxanım Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər