Rok qrupundan Ukraynaya dəstək
"Pink Floyd" rok qrupu Ukraynaya dəstək məqsədilə son 28 ildə ilk yeni mahnısını təqdim edəcək.
"Pink Floyd" mahnıdan əldə edilən bütün gəliri BMT-nin "Ukrayna Humanitar Fondu"na göndərəcək.
"Bir çoxları kimi biz də dinc demokratiyanın işğalı və xalqın öldürülməsi ilə nəticələnən bu iyrənc hərəkətə qarşı qəzəbliyik, qrupun bəyanatında deyilir.
www.anews.az
İngiltərə rok qrupu olan Pink Floyd-un "Hey, Hey Rise Up!" mahnısı martın 30-da ərsəyə gəlib və aprelin 8-də təqdim olunacaq.
"Pink Floyd" mahnıdan əldə edilən bütün gəliri BMT-nin "Ukrayna Humanitar Fondu"na göndərəcək.
Qrup 2014-cü ildə yeni "The Endless River" albomu çıxarmasına baxmayaraq, bu albomda musiqiçilərin köhnə studiya materiallarından istifadə edilib.
Tamamilə yeni olan bu mahnıda həmçinin Ukrayna xalq mahnısını ifa edən Boombox qrupunun vokalisti və söz yazarı, ukraynalı musiqiçi Andrey Xlivnyukun vokalını eşitmək mümkün olacaq.
Bundan əlavə Zemfira, "DDT", "Bon Covi" və s. musiqi qrupları da Ukraynaya dəstək məqsədilə yeni musiqilər bəstələyiblər.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər