Acer, Komatsu və Dr Oetker Rusiyanı tərk etdilər
Tayvanın texniki avadanlıq istehsalçısı olan Acer Rusiyadakı fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə bəyanat verən şirkət rəhbərliyi qrarın Ukraynanın Rusiya tərəfindən işğalı ilə izah edib.
Bundan əlavə, iri tikinti avadanlığı istehsalçısı Komatsu Rusiyaya dağ-mədən avadanlıqları və ehtiyat hissələrinin ixracını dayandırmaq qərarına gəlib. Şirkət ölkənin istehsalat müəssisələrində hidravlik ekskavator və özüboşaanl maşınların istehsalını dayandıra bilər.
Cümə günü qida məhsulları istehsal edən Almaniyanın Dr Oetker şirkəti də Rusiya bazarından tamamilə çıxdığını elan edib. Şirkət Belqoroddakı zavodlarını Rusiyanın idarəetmə şirkətlərinə satacağını bildirib. Əvvəllər şirkət Rusiya törəmə müəssisəsinə bütün ixracı və investisiyaları dayandırıb.
Dr Oetker hazır dondurulmuş qidaların, həmçinin Rusiya mağazalarında satılan maya, mayalandırıcı maddələr və digər çörək istehsalı üçün lazımi məhsullarının əsas istehsalçılarından biridir. Şirkət Rusiya bazarında 1993-cü ildən fəaliyyət göstərir.
Rusiyanın Ukraynaya hər bi müdaxiləsi 2022-ci il fevralın 24-dən başlayıb. O tarixdən etibarən onlarla şirkət Rusiya bazarını tərk edib. Onların arasında McDonalds, Starburk, Boing, Apple, HP kimi şirkətlər var. ABŞ vəmütəfiqlərinin sanksiyaları altına isə başda Rusiya prezidenti Vladimir Putin olmaqla yüzlərlə Rusiya məmuru və oliqarxı düşüb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər