Ukrayna iyunda Avropa İttifaqına namizədlik statusu ala bilər
Bu ilin iyununda Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir.
Bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişin tviter səhifəsində yazıb.
"Biz artıq bir çox hazırlıq işləri görmüşük. Ona görə də hərəkət etməyə hazırıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, - o bildirib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Kiyevin sorğuya bir həftə ərzində cavab verəcəyini bildirmişdi. Anketin doldurulması üzvlüyə namizəd statusunun alınmasının prosedur mərhələlərindən biridir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox