Conson və Zelenskinin brifinqindən diqqət çəkən məqamlar
Böyük Britaniya Rusiyaya iqtisadi təzyiqi artlracaq . Bunu Briyaniyanın Kiyevə səfər edən baş naziri Boris Conson Ukrayna prezidenti ilə keçirdiyi birgə brifinqdə bildirib.
"Tərəfdaşlarımızla birlikdə biz Rusiyaya iqtisadi təzyiqi artıracağıq və hər həftə yeni sanksiyalar verməkdə davam edəcəyik”, - Conson bildirib.
Britaniyanın baş naziri vurğulayıb ki, Buça, İrpin və digər şəhərlərdə baş verən hadisələr müharibə cinayətidir.
Gələcəkdə Britaniya tərəfdaşları ilə birlikdə işğalı mümkün olmayan Ukraynanın yaradılmasına kömək edəcək.
Boris Conson həmçinin bildirib ki, London Ukraynanı müdafiə etmək üçün 120 zirehli maşın və yeni gəmi əleyhinə raket sistemləri verəcək.
Conson bundan əvvəl demişdi ki, Britaniya Ukraynaya hərbi yardımı daha 100 milyon funt sterlinq artıracaq, tank əleyhinə və zenit-raket kompleksləri, həmçinin "kamikadze dronları” verəcək.
"Ukrayna bütün gözləntilərin əksinə olaraq, Kiyevdən rus qoşunlarını sıxışdırıb çıxarıb və 21-ci əsrin ən böyük hərbi şücaətinə nail olub. Prezident Zelenskinin inamlı rəhbərliyi və Ukrayna xalqının qarşısıalınmaz qəhrəmanlığı və cəsarəti sayəsində Putinin dəhşətli planları indi puça çıxır”, - Conson vurğulayıb.
Zelenski öz növbəsində Qərbi Rusiyanın enerji resurslarına tam embarqo qoymağa çağırıb.
Ukrayna prezidenti əlavə edib ki, Britaniyanın Avropa müttəfiqlərinin Rusiyaya qarşı birləşməsinə kömək edəcəyinə ümid edir.
Brifinqdən qısa müddət sonra Downing Street Britaniyanın Dünya Bankı vasitəsilə Ukraynaya 500 milyon dollar maliyyə yardımı edəcəyini (bu təşəbbüs hələ parlamentdən keçməyib) və Ukrayna mallarının idxalına rüsumları azaldacağını açıqlayıb.
Bundan əvvəl Conson da Ukraynanı əlavə silahlarla təmin edəcəyinə söz verib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox